[01] Təsisçi və mentor

Tural Sadıqlı

Memar · Təsisçi və mentor

Tural Sadıqlı — Təsisçi və mentor

Melograno Academy

Memarlıq təcrübəsindən layihə əsaslı tədrisə.

Melograno Academy-nin tədris yanaşması Tural Sadıqlının memarlıq təhsili və Azərbaycan, Türkiyə və Avropa layihələri üzrə peşəkar təcrübəsini birləşdirir. Məqsəd proqram əmrlərini əzbərləmək deyil, layihəni düşünmək, qurmaq, sənədləşdirmək və təqdim etmək bacarığıdır.

[02] Akademik təməl

Akademik təməl

2009–2013

Azərbaycan Memarlıq və İnşaat Universiteti

AzMİU · AzUAC

2013–2016

İstanbul Kültür Universiteti

İKÜ · IKU

AZ · TR · EU

Peşəkar praktika

Azərbaycan, Türkiyə və Avropa layihələri. Memarlıq, fasad və BIM.

[03] Peşəkar praktika

Konsepsiyadan həyata keçirilməyə qədər.

Melograno Studio çərçivəsində memarlıq layihələndirməsi, fasad və interyer həlləri, BIM koordinasiyası və tikinti prosesinin idarə olunması üzrə fəaliyyət bu tədrisin peşəkar əsasını təşkil edir.

Peşəkar profilə bax

[04] Studiyadan tədrisə

Vahid layihə. Əlaqəli qərarlar.

01

Layihə düşüncəsi

Konsepsiya və məkan qərarları model qurulmazdan əvvəl əsaslandırılır. İştirakçı nəyi etdiyini və niyə etdiyini izah etməyi öyrənir.

02

Sistemli BIM iş axını

Model, plan, kəsik, fasad və sənədləşdirmə bir layihənin əlaqəli hissələri kimi inkişaf etdirilir.

03

Fərdi rəy və inkişaf

Layihə mərhələlərlə müzakirə olunur. Rəy yalnız texniki səhvlərə deyil, qərarların məntiqinə və təqdimatın aydınlığına yönəlir.

[05] Mentorluq

İzahdan tətbiqə, tətbiqdən müstəqil işə.

Onlayn və əyani sessiyalar layihənin davamlı inkişafını dəstəkləyir. Qəbul edilmiş iştirakçılar üçün özəl layihə kanalı dərslər arasında yaranan sualların müzakirəsini davam etdirir.

Tədris həftədə 2 onlayn və 1 əyani sessiya formatında keçirilir. Dəqiq gün və saatlar qrup formalaşdıqdan sonra müəyyən edilir və yalnız qəbul edilmiş iştirakçılarla özəl şəkildə paylaşılır.

[06] Melograno Academy

Bu yanaşmanı proqramlarda kəşf edin.